Magistral su kəmərində qəza - Yolu su basdı-VIDEO

09:13 15.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kür-Bakı magistral su kəmərində qəza baş verib. Nəticədə Bakı-Qazax avtomagistralını su basıb.

 

Bu barədə hafta.az-a “Azərsu” ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib. 

 

Qeyd edilib ki, hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür.